Ukraynanın sabiq prezidentləri - Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenko mart ayının ortalarında Azərbaycana gələcəklər.
Oxu.Az xəbər verir ki, bu barədə “Sputnik Azərbaycan”a Dövlət Diasporlarla İş üzrə Komitədən bildiriblər.
Ukraynanın sabiq prezidentləri martın 16 və 17-də V Bakı Qlobal Forumunda iştirak edəcəklər. Yuşşenko Rusiyanın sabiq dövlət katibi Genadi Burbulis ilə “Baltika-Qara dəniz təhlükəsizlik cəmiyyətinin yaradılması: fəaliyyət planına müvafiq olaraq” panelini təqdim edəcəklər. V Bakı Qlobal Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Beynəlxalq Nizami Gəncəvi Mərkəzi tərəfindən təşkil edilib.
Forumda Latviya, Albaniya, Makedoniya, Monteneqro və digər ölkələrin prezidentlərinin və bir sıra ictimai-siyasi xadimlərin, alimlərin iştirakı gözlənilir. Qeyd edək ki, Yuşşenko əvvəlki dörd forumda, Kravçuk və Kuçma III Bakı Qlobal Forumunda iştirak edib.
N.O.
www.oxu.az