Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 147 ünvanında yerləşən yaşayış binasının qəzalı vəziyyətdə olması ilə bağlı Baku TV-nin qaynar xəttinə müraciət daxil olub.
Bina sakinlərinin sözlərinə görə, tavanın müxtəlif hissələri tökülür, divarlarda isə dərin çatlar yaranıb.
Təhlükə saçan binanın sakinləri özlərindən çıxdılar: "Başımıza daş tökülür" - VİDEO
"Başımıza daş tökülür, hər yer uçur. Bina siçanlarla doludur", "İki dəfə beton qırılıb anamın başına düşüb. Gərək adam ölsün ki, gəlib baxsınlar?!" - deyə sakinlər narazılıqlarını bildiriblər.