İstanbulda Yeni il gecəsi baş verən terrorda həyatını itirən Nuranə Həsənova ilə vida mərasimi keçirilib.
Oxu.Az “Qafqazinfo”ya istiandən xəbər verir ki, Təzə Pir məscidində baş tutan mərasimdə mərhumun qohumları, ailə yaxınları və mətbuat nümayəndələri iştirak edib.
Nuranə son mənzilə yola salınıb.
Xatırladaq ki, əslən azərbaycanlı olan Nuranə Həsənova Rusiya vətəndaşı idi və İstanbuldakı “Reina” əyləncə mərkəzinə bayramı qeyd etmək üçün yollanmışdı.
S.B.
www.oxu.az