Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Tərtərdə minaya düşən şəxslərin son durumu açıqlanıb
Fevralın 4-5-də Tərtər rayonunda minaya düşən Həsənəli Əlizadə və Azər Məmmədovun son durumları açıqlanıb.
“Report”un Qarabağ bürosu xəbər verir ki, hər iki yaralı hazırda Bərdə Rayon Mərkəzi Xəstəxanasında müalicə olunur.
Həkimlər onların vəziyyətini orta ağır və stabil kimi dəyərləndirirlər.
Qeyd edək ki, fevralın 4-də Tərtər rayonu Qızıloba kəndi ərazisində rayonun Qaradağlı kənd sakini, 2001-ci il təvəllüdlü Həsənəli Şahin oğlu Əlizadə heyvanları örüş sahəsindən gətirərkən minaya düşüb.
Fevralın 5-də Tərtər şəhər sakini, 1966-cı il təvəllüdlü Azər Əhməd oğlu Məmmədov rayonun Göyarx kəndi ərazisində heyvan otaran zaman piyada əleyhinə minaya düşüb.
Hər iki şəxsin sol ayağı amputasiya edilib.
Faktlarla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
Rəylər