Tovuz şəhərində bədbəxt hadisə baş verib.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə istifadəsiz olan dəri emalı sexinin həyətində qeydə alınıb.
Abulbəyli kənd sakini 1989-cu il təvəllüdlü Rasim Kərimovu transformatorun yaxınlığında elektrik cərəyanı vuraraq öldürüb.
Meyiti müayinə olunduqdan sonra aidiyatı üzrə təhvil verilib.
Faktla bağlı Tovuz Rayon Prokurorluğu araşdırma aparır.
S.B.
www.oxu.az