Tovuz rayonun Aşağı Quşçu kəndində yağışlı hava şəraitində zədələnən transformator yenisi ilə əvəz edilib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Vaqif Aydınoğlu cavab verib.
O qeyd edib ki, sözügedən problem hava şəraiti düzəldikdən dərhal sonra həll olunub:
“Sözügedən kənddə elektrik enerjisinin verilişi ilə bağlı heç bir problem yoxdur. Transformator yenilənib, elektrik enerjisinin verilişi normal qaydada bərpa edilib”.
02:00
Tovuz sakinləri onlara verilən elektirik enerjisindən narazıdırlar.
Xezerxeber.az-ın məlumatına görə, rayonun Aşağı Quşçu kənd sakinləri iddia edirlər ki, hazırkı elektrik paylayıcısı onların gündəlik həyatını qaranlığa çevirib.
Axşam saatlarında yanan işıq şam işığını əvəz edir. Qəzalı elektrik sütünları və istismar müddətini başa vurmuş naqillər də onlar üçün təhlükə mənbəyinə çevrilib.
Elektrik enerjisinin verilməsində yaranan fasilələr və ya enerjinin normalara uyğun şəkildə paylanılmaması məişət avadanlıqlarını da sıradan çıxarıb. Mövcud problemlərin cərəyan etdiyi əraziyə yaxın olan yarımsatnsiyaya da sakinlər ümid mənbəyi kimi baxırlar.
Azərişıq Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məsələ ilə bağlı bildirilib ki, mövcud problem aramsız yağışlardan sonra yaranıb:
“Artıq elektrik paylayıcısında yaranan problem həllini tapıb”.
Daha ətraflı süjetdə: