Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası “Türk Hava Yolları” (THY) şirkətinə Lənkəran şəhərinə aviareys açmaq üçün icazə verib.
Oxu.Az xəbər verir ki, THY müvafiq xahişlə bir neçə dəfə Administrasiyaya müraciət edib:
“Sonuncu belə müraciət yayın əvvəlində olub”.
İstanbuldan Lənkərana aviareysin açılması tarixinə gəlincə, Administrasiyadan qeyd ediblər ki, THY uçuşların başlama vaxtını özü seçəcək.