Türkiyədən keçən il xaricə 6 milyon 326 min turist səyahət edib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Statistika Qurumu (TÜİK) xəbər verib.
Xəbərə əsasən ən çox turist axını olan ölkələr Bolqarıstan, Gürcüstan, Suriya, Yunanıstan və İran olub.
Türkiyədən Azərbaycana gələn turistlərin sayı isə 439 min 74 nəfər olub.