Opera ifaçısı Fidan Hacıyeva Yeni ili Londonda qayınanası ilə keçirəcək.
Oxu.Az məlumat verir ki, Fidan xanım bu haqda Xəzər telekanalında yayımlanan “Telemaqazin” verilişinə müsahibəsində belə deyib.
“Milad bayramı Londonda daha maraqlı olur. Qayınanamı da tək qoymayacağıq, onu necə çox istədiyimi hamı bilir. Fevralın 1-də Londonda Gənclər günü münasibəti ilə konsert verəcəyəm. Bilirsiniz ki, xalq mahnılarını, “Arşın mal alan”ı ingilis dilinə tərcümə etmişəm. Konsertdə həmin mahnıları həm azərbaycan, həm də ingilis dilində səsləndirəcəyəm. Gecədə məşhur bir ingilis müğənnisi qonağım olacaq”.
Qeyd edək ki, 8 il əvvəl İngiltərə vətəndaşı ilə ailə quran Fidan Hacıyeva üç övlad anasıdır.
Aytən Sadıqzadə
www.oxu.az