Türkiyədə ailə quran azərbaycanlı qadının dramı görənlərin ürəyini dağlayır.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, gözüyaşlı ananın kömək çağırışı yayılıb.
34 yaşlı Validə Həsənova 2010-cu ildə Kayseriyə turist kimi səfər edib. Burada 35 yaşlı Zeki Ejdər ilə tanış olaraq ailə qurub.
Cütlüyün bu evlilikdən iki övladı olub - 3 yaşlı Zeynal və 2 yaşlı Zeynəb.
V.Həsənovanın həyat yoldaşı 90 faiz əlil olduğu üçün indi ailə iqtisadi cəhətdən çətin vəziyyətdə qalıb. Qarlı-şaxtalı hava şəraiti ilə bağlı olaraq ailənin yaşadığı köhnə evin dağılma təhlükəsi yaranıb.
Qadının sözlərinə görə, evlərini daima su basır, qışda siçovullar, yayda isə ilanların əlindən yaşamaq mümkün olmur:
“Uşağımın ayağını siçovul yeyib. Çıxılmaz vəziyyətdə qalmışıq. Evin başımıza aşmasından qorxuruq. Mən Azərbaycan vətəndaşı olaraq belə yaşayışdan utanıram. Bizi qurtarın, evim xarabaya dönüb. Tavanımız dağılıb, uşaqların üstü-başı suyun içindədir. Yalvarıram kömək edin. Biz sağ olmuşkən kömək etsinlər. Uşaqlarıma zərər gəlməsin deyə səhərə kimi oyaq oluram”.
E.Ə.
www.oxu.az