Noyabrın 4-də Naxçıvan, Ağdaş və Göyçay rayonlarının bir sıra kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, Naxçıvanda 154/110/35 kV-luq "Arpaçay" yarımstansiyasında aparılacaq təmir-bərpa işləri ilə əlaqədar saat 13:00-dan 15:00-dək 35 kV-luq "Xanlıqlar" və "Mahmudkənd" hava elektrik xətlərində enerjinin verilişi dayandırılacaq.
Bu səbəbdən Şərur rayonunun Cəlilli, Mahmudkənd, Oğlanqala, Yeni Havuş, Xətai, Oğuz, Aşağı Daşarx, Tənənəm, Danyeri, Xanlıqlar, Püsyan, Təzəkənd, Stansiya Daşarx, Ələhli, Vərməziyar, İbadulla, Qışlaq Abbas və Tumaslı kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bundan başqa, Ağdaş və Göyçay rayonlarında da təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Belə ki, Ağdaş Elektrik Şəbəkəsinin xidməti ərazisində saat 10:00-dan 14:00-dək Abad, Ağcaqovaq, Eymur, Ərəbşəki və Qaradeyin kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılacaq.
Göyçay rayonunun Cəyirli, Çayarxı və Kürdəmiş kəndlərinin bəzi ərazilərində isə saat 10:00-dan 14:00-dək elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq.
Qeyd edək ki, işlər enerji təchizatı sisteminin etibarlılığının artırılması və artan yük tələbatının qarşılanması məqsədilə həyata keçirilir. Təmir-bərpa işləri başa çatdıqdan sonra abonentlərin elektrik enerjisi ilə daha keyfiyyətli və dayanıqlı təmin olunması nəzərdə tutulur.