“Xahiş edirəm bu şəkillə məlumatı hər kəs paylaşsın! Bu qadın, Kərimova Xəyalə 01.07.2017-ci il tarixində Bakı şəhər, Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları tərəfindən Nəsimi rayonu ərazisində yol kənarında atılmış olaraq aşkarlanmış, Azərbaycan Uşaqlar Birliyinin nəznində fəaliyyət göstərən Uşaq Sığınacağı-reinteqrasiya mərkəzinə yerləşdirilən bacı-qardaşların anasıdır. Görən, tanıyan, bilən varsa, qaynar xəttimizə məlumat versin”.
Bu elanı Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin koordinatoru Vasif Akifli sosial şəbəkədə yayıb.
V.Akifli Oxu.Az-a açıqlamasında, uşaqların Ağsu rayonundan olduqlarını bildirdi: “Onlar sığınacağa yerləşdirildikdən sonra hadisə ilə bağlı Ağsu rayon Polis İdarəsinə, yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektora məlumat verilib. Ağsu rayon Polis Şöbəsindən verilən məlumata görə, uşaqların atası (rəsmi boşanıblar) 29 sentyabr 2015-ci ildən uşaqlara görə ayrılmış aylıq alimenti ödəmədiyinə görə 05.04.2017-ci ildən borclu kimi axtarışdadır.
Uşaqlar küçəyə nənələri tərəfindən atılıb. Nənə uşaqların yanına qoyduğu çantanın içərisinə azacıq azuqə ilə yanaşı, ananın qaçdığı gənc oğlanla bərabər çəkdirdiyi şəklini də qoyub.
Hazırda nəvələrini köməksiz şəkildə küçəyə atan nənə də axtarışa verilib”.
Əvvəlcə ataları, sonra anaları, daha sonra nənələri tərəfindən atılan uşaqlara heç bir qohum sahib çıxmaq istəmir.
Şəkildəki ananı görənlər bu nömrələrlə əlaqə saxlaya bilərlər: 0125113409, 0554660806
Zülfiyyə Qurbanova
www.oxu.az