İcmal büdcənin tərkib komponentləri olaraq Dövlət Neft Fondunun gəlirləri üzrə 27,6% artım nəzərdə tutulub.
Oxu.Az xəbər verir ki, bu barədə 2017-ci il dövlət büdcəsi haqqında qanunda dəyişikliklərin edilməsi barədə layihəyə Hesabalama Palatasının rəyində deyilir.
Qeyd olunur ki, bunun əsas səbəbi neftin dünya bazarlarında qiymətinin cari ilin ilk 5 ayında proqnozlaşdırılan nisbətlə müqayisədə 35,0%-dək artmasıdır. Nəticədə fondun gəlirləri artıb.
L.Ə.