“Real”ın müdafiəçisi Danilo karyerasını İtaliyada davam etdirəcək.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, braziliyalı futbolçu “Yuventus”la anlaşıb.
Klublar transfer məsələsində artıq ortaq məxrəcə gəliblər və yalnız rəsmi müqaviləyə qol çəkmək qalıb. Sağ cinah müdafiəçisi “qoca sinyora”ya 20 milyon avroya başa gəlib. İtalyanlar onu komandadan ayrılan digər “sambaçı” Dani Alveşin boşluğunu doldurmaq üçün transfer edib.
Qeyd edək ki, Danilo “Real”a 2015-ci ildə 31,5 milyon avro müqabilində “Porto”dan keçmişdi.
A.M.