Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə APA-nın yerli bürosu məlumat verib. Qeyd edilir ki, hadisə bu gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Rayon sakini 1994-cü il təvəllüdlü Emin Akif oğlu Qurbanovun idarə etdiyi “FİAT” markalı avtomobil ilə İsa Dünyamalıyevin idarə etdiyi “KİA” markalı maşın toqquşub.
Nəticədə “FİAT” ın sürücüsü E Qurbanov və sərnişini İlqar Behbud oğlu Həsənov müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.
L.Ə.