Cəlilabad rayonunda idarə rəisi döyülüb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə şəhərdə yerləşən “Azərişıq” ASC-nin Cəlilabad nümayəndəliyində qeydə alınıb.
Yerli sakinlərin bildirdiyinə görə, Cəlilabad Elektrik Satış İdarəsinin rəisi, 57 yaşlı Aydın Əhməd oğlu Məmmədov kabinetində vətəndaşlar tərəfindən döyülüb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan idarə rəisinə kabinetində ilk tibbi yardım göstərilib və ambulator müalicəyə göndərilib.
Münaqişənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
Artıq bu barədə polis şöbəsinə də məlumat verilib.
S.B.
www.oxu.az