Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili bəyan edib ki, Ukrayna prezident “Petro Poroşenko və müdafiə naziri Arsen Avakovdan geri alınacaq”.
Oxu.Az-ın xəbərinə görə, siyasətçi bu barədə bazar ertəsi, iyulun 3-də, öz Facebook səhifəsində yazıb.
“Ukraynanı Poroşenko, Qroysman və Avakovdan geri alacağıq və vətəndaşlara qaytaracağıq”, - Saakaşvili yazıb.
O əlavə edib ki, Avakov ölkədə “hər şeyi ələ alıb”.
“Qaz yataqları, maliyyə axınları və hətta baş nazir də onun əlindədir. Poroşenko onların şəxsi silahlı qruplaşmalarından qorxur və bu səbəbdən parlamentdə danışıqlara getməyə məcbur olur”, - Gürcüstanın sabiq prezidenti qeyd edib.
S.B.
www.oxu.az