Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Vilayət Eyvazov İnterpolun Milli Mərkəzi Bürosunun rəisini təqaüdə göndərdi
Azərbaycanda polis general-mayoru təqaüdə göndərilib.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Əlaslan Ağayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Könül Cəfərli
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
Ən çox oxunanlar