Xaçmaz rayonu Yataqoba kəndində vətəndaşa məxsus ümumi sahəsi 240 m2 olan ikimərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 105 m2 sahədə, 2-ci mərtəbəsində iki otağının yanar konstruksiyaları və ev əşyaları ilə 52 m2 sahədə yanıb.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğından sonra 1953-cü il təvəllüdlü Nərgiz Ələsgər qızı Əsgərovanın yanmış meyiti aşkar olunub.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 05:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
E.Ə.
www.oxu.az