"Arif Babayevin sağlamlıq vəziyyəti və müalicə prosesi ilk gündən ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi diqqətindədir. Eyni zamanda, Heydər Əliyev Fondunun rəhbərliyi tərəfindən məsələ dərhal nəzarətə götürülüb".
Oxu.Az xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli jurnalistlərlə açıqlamasında deyib.

O bildirib ki, A.Babayevin sağalması üçün bütün həkimlər səfərbər ediliblər:
"Vəziyyətin ağırlaşdığı andan etibarən Fondun təşkilatçılığı ilə o, operativ şəkildə yerləşdiyi yerdən Bakıya gətirilib və hazırda Mərkəzi Klinik Xəstəxanada müalicəsi davam etdirilir. Müalicə prosesi Fondun nəzarəti altında yüksək səviyyədə həyata keçirilir.
Eyni zamanda, A.Babayevin vəziyyəti dövlət qurumları tərəfindən nəzarətə götürülüb. Nazirlik olaraq ilk gündən ailəsinin yanındayıq. Sənətkarımızın intensiv müalicəsi davam etdirilir. Nazirliyin əməkdaşları da onun səhhəti ilə maraqlanır, mütəmadi nəzarətdə saxlayırlar. Əlavə nə lazım olarsa, nazirlik olaraq üzərimizə düşəni etməyə hazırıq".
"Əlini-ayağını tərpədir. Bu, bizim üçün irəliləyişdir. Çünki xəstəxanaya koma vəziyyətində gətirmişdik".
Bunu Oxu.Az-a açıqlamasında Xalq artisti Arif Babayevin oğlu Yaşar Babayev deyib.
O qeyd edib ki, kritik vəziyyətdə olduğu üçün xırda irəliləyiş də bizi sevindirir: "Dövlətimizə, həkimlərimizə təşəkkür edirəm".
Məhərrəm Əliyev
Xalq artisti Arif Babayevin vəziyyəti ağırdır.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Mərkəzi Klinik Xəstəxanadan məlumat verilib.
Bildirilib ki, A.Babayev iyulun 24-də axşam saatlarında Mərkəzi Klinikaya müraciət edib:
"Vəziyyəti ciddi ağır olaraq qiymətləndirilir. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam edir".
Aygün Mirakif