Azərbaycanın xalq artistləri, tanınmış xanəndələri Ağdama səfər ediblər.
Oxu.Az xəbər verir ki, bu haqda xalq artisti Nəzakət Teymurova İnstagram səhifəsində məlumat yayıb.
Xanəndə “Havasından, suyundan, torpağından doymadığımız Ağdamımız” yazısı altında foto paylaşıb. Şəkildə Mənsum İbrahimov, Arif Babayev, Təyyar Bayramov, Cabir Abdullayev, Aygün Bayramova və başqaları yer alıb.
