Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Zaqatalada iri yeraltı piyada keçidi inşa edilir – FOTO
Zaqatala şəhərinin mərkəzində - Faiq Əmirov, Vidadi, Saleh Qocayev və Bazar küçələrinin kəsişməsində iri yeraltı piyada keçidinin tikintisinə başlanılıb.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral avtomobil yolunun da keçdiyi bu ərazidə günün əksər vaxtlarında nəqliyyat vasitələrinin intensiv hərəkəti müşahidə olunur, tez-tez tıxaclar yaranır.
Ərazidə orta məktəb, xəstəxana, şəhərlərarası avtovağzal, bank filialları, kənd təsərrüfatı məhsullarının satışı bazarı, iri ticarət obyektləri yerləşdiyindən nəqliyyat vasitələrinin intensivliyi şəhər sakinlərinin təhlükəsiz gediş-gəlişi üçün də müəyyən çətinliklər törədir, tez-tez yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin sifarişi ilə dövlət vəsaiti hesabına inşa edilən yeraltı piyada keçidinin 4 giriş-çıxışı olacaq. Hazırda tikinti ərazisində suvay vurma işləri görülür.
Piyada keçidinin tikintisinin 2014-cü ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.