Almaniyadan olan türk kökənli tanınmış aktyor Fateh Akın İstanbulda nəşr olunan erməni dilli “Akos” qəzetində müsahibəsində bu qəzetin 2007-ci ildə öldürülən baş redaktoru Qrant Dink haqda film çəkmək ideyasından imtina elədiyini söyləyib.
Oxu.Az xəbər verir ki, Musavat.com-un məlumatına görə, səbəb kimi, o, heç bir türk aktyorun baş redaktoru canlandırmaq istəməməsini göstərib.
“Heç bir türk aktyorunu yola gətirə bilmədim ki, Qarant Dink rolunda oynasın. Ona görə də layihəyə son verdim”, - deyə rejissor vurğulayıb.
“Bəs həmin rola əcnəbi aktyorlar dəvət edilə bilməzdimi?” sualına o, belə cavab verib:
“Mən istəməzdim aktyorlardan kimsə ziyan çəksin. Ancaq mənim üçün Qrant Dink haqda film çəkmək vacibdir. Amerikan və ya fransız aktyor Qrant Dink rolunu canlandıra bilməz. Bunu biz özümüz eləməliyik. Ancaq görünür vaxtı hələ çatmayıb”.
Qeyd edək ki, Akın uydurma erməni soyqırımı haqda çəkdiyi filmlə də tanınır.