Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Xətai rayonunda su problemi niyə həll olunmur?
Bakının Xətai rayonunun Əhmədli qəsəbəsi, 5-ci Əhmədli küçəsində illərdir ki, su problemi yaşanır.
Sakinlər deyirlər ki, ilin bütün fəsillərində su ilə bağlı problemləri olur. Lakin yay fəslində su bəzən günlərlə gəlmir. Onlar problemlə bağlı aidiyyəti quruma dəfələrlə müraciət ediblər. Lakin nə qurumdan aldıqları cavab onları qane edib, nə də qurumun fəaliyyəti.
Problemlə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı xidmətindən "Xəzər Xəbər"ə bildirilib ki, Xətai rayonunun Əhmədli qəsəbəsi, 5-ci Əhmədli küçəsində içməli suyun verilməsində hazırda problem yoxdur. Yalnız bəzi hallarda su aşağı təzyiqlə verilir.
Mövcud problemin səbəbi vaxtilə əhali tərəfindən pərakəndə üsulla çəkilən su xətləridir ki, bu da suyun yüksək təzyiqlə verilməsinə çətinlik yaradır. Hazırda Əhmədli qəsəbəsi üzrə içməli su şəbəkəsi mövcud olmayan ərazilərdə yeni layihələrin icrası həyata keçirilir. Layihələrin icrası abonentlərin içməli su ilə təminatının yaxşılaşdırılmasına xidmət edəcək.
Ətraflı süjetdə:
"Su problemi" teqi üzrə xəbərlər
- 11 ildir həll edilməyən məsələ: Qəsəbə sakinləri su xətinin çəkilməsini gözləyirlər
- Hövsan qəsəbəsində günlərdir su kəsilib - SƏBƏB
- Bakıda təmiz suyun illərlə küçəyə axması iddiasına RƏSMİ CAVAB: "Kanalizasiya şəbəkəsi tutulub"
- Sumqayıtda suyun verilişində fasilə yaranacaq
- Xətaidə sakinlər 2 aydır susuz qalıblar
Rəylər