Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Xəzər dənizinin Novxanı sahilində suiti cəsədləri AŞKARLANIB
Xəzər dənizinin Novxanı sahilində suiti cəsədləri aşkar olunub.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
⚡️ Xəzər dənizinin Novxanı sahilində suiti cəsədləri aşkar olunub#Xəzərdənizi #Novxanı #suiti pic.twitter.com/enuYTYGzlC
— Oxu.Az (@oxuaz) March 5, 2025
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva faktı təsdiqləyib.
Xidmətin rəsmisi bildirib ki, Novxanı sahilində suitilərin ölümü hallarına rast gəlinməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik və Bioloji Müxtəlifliyin Qorunması xidmətlərinin əməkdaşları tərəfindən suiti ölümünün qeydə alındığı əraziyə baxış keçirilib.
"Suiti cəsədlərinin ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən cəsədlərdən nümunələr götürülüb", - deyə A.Babayeva bildirib.
Əzizə İsmayılova