Bu gün Xəzər dənizində zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Oxu.Az-a verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 15:14:25-də Astaradan 16 km cənub-şərqdə qeydə alınıb.
Yeraltı təkanın maqnitudası 3.3, dərinliyi 44 km olub.
Zəlzələ hiss olunmayıb.