Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Xocalı, Xankəndi, Şuşa və Susda ilk dəfə buraxılış imtahanı keçiriləcək
Xankəndi şəhəri 4 nömrəli, Xocalı və Şuşa şəhəri 1 nömrəli tam orta məktəblərdə və Laçın rayonu Sus kənd tam orta məktəbində ilk dəfə buraxılış imtahanı keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, martın 2-də işğaldan azad olunmuş Ağdərə, Şuşa, Laçın, Xankəndi və Xocalı rayonlarında tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.
Bundan əlavə, Laçın rayonu 2 nömrəli tam orta məktəb, Zabux kənd tam orta məktəbi və Ağdərə rayonu Talış kənd tam orta məktəbində də buraxılış imtahanı keçiriləcək. Bu məktəblərdə buraxılış imtahanları artıq ikinci dəfə təşkil edilir.
İşğaldan azad olunan rayonlar üzrə buraxılış imtahanları yeddi binada təşkil olunacaq. İmtahanın idarə olunmasına yeddi bina nümayəndəsi və yeddi imtahan rəhbəri cəlb olunub.
Ümumilikdə işğaldan azad olunmuş rayonlardakı imtahanlarda 45 şagirdin iştirakı nəzərdə tutulub. İmtahan binalarına DİM əməkdaşları tərəfindən əvvəlcədən baxış keçirilib və lazımı hazırlıqlar görülüb.
Martın 9-da isə Zəngilan rayon Ağalı kənd tam orta məktəbində, Füzuli şəhər M.Uluqbəy adında 1 nömrəli tam orta məktəbdə və Cəbrayıl şəhər M.Mehdizadə adına tam orta məktəbdə (bu məktəbdə ilk dəfədir) buraxılış imtahanı keçiriləcək.
"Dövlət İmtahan Mərkəzi (DİM)" teqi üzrə xəbərlər
- Dilçilik İnstitutunda problem: IELTS alimlərə növbəti səviyyəyə adlamağa imkan vermir
- DİM sədri: "Rus bölməsi üçün Azərbaycan dili imtahanları da rəqəmsal formada təşkil ediləcək"
- Sürücülük vəsiqəsi imtahanları DİM tərəfindən keçirilə bilərmi?
- DİM-in şöbə müdiri: "Sertifikatın etibarlılıq müddəti iki il nəzərdə tutulub"
- Məleykə Abbaszadə Yazıçılar İttifaqının üzvlərini Azərbaycan dilindən imtahan verməyə çağırdı