Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Xocalıda yarımçıq qalan toy 32 il sonra yenidən çalındı: "Vağzalı" həsrəti bitdi - GÖRÜNTÜLƏR
Xocalıda atışmaya görə yarımçıq saxlanılan toy mərasimi 32 il sonra yenidən keçirilərək yeni bir filmin hekayəsinə çevrilib.
"Global Media Group"un və "Report" İnformasiya Agentliyinin ərsəyə gətirdikləri film 1992-ci il yanvar ayının 18-də baş tutan, amma ermənilərin atəşə tutduğu üçün yarımçıq dayandırılan Xocalının sonuncu toyuna həsr olunub.
İllər əvvəl "Vağzalı"sı yarımçıq kəsilən toyun bəyi Vasif Qafarov və gəlini Dürdanə Məmmədova, digər qonaqlar, qohumlar və musiqi heyəti illər sonra yenidən doğma ata-baba yurdlarına gələrək toylarının davamını ediblər.
"Global Media Group"un layihəsi Xocalının sonuncu və işğaldan azad olunandan sonra ilk toyu kimi yaddaşlara həkk olunacaq.
Filmin çəkilişləri davam edir.
Qeyd edək ki, "Report" İnformasiya Agentliyi "Global Media Group"un tərkibinə daxildir.

"Xocalı şəhəri" teqi üzrə xəbərlər
- Məbəd, yoxsa hərbi baza?! - Xocalıdan kadrlar şok yaratdı
- Azad edilmiş ərazilərdə mal-qara saxlamaq qadağandır? - RƏSMİ AÇIQLAMA
- Qarabağ Universitetinin yeni fakültələri Şuşa və Xocalıda fəaliyyətə başlayacaq - RƏSMİ AÇIQLAMA
- Xocalıda icarəyə verilən göl yararsız hala düşdü
- Xocalı sakini: "Mənim üçün bundan gözəl gün ola bilməz"