Yaxın gələcəkdə uşaq və ailələrə dəstək üçün yeni mərkəzlərin açılması planlaşdırılır.
Oxu.Az xəbər verir ki, bu barədə Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinə təşkil edilən mediaturda məlumat verilib.
Bildirilib ki, Zaqatala, Qəbələ, İsmayıllı, Göygöl, Goranboy, Zərdab, Ağdam Hacıqabul, Saatlı, Sabirabad, Şüvəlan kimi ərazilərdə mövcud olan 11 Uşaq və Ailələrə Dəstək mərkəzlərinin hər biri yerləşdiyi inzibati ərazi vahidi üzrə bütün kənd və qəsəbələrə xidmət edir.
Qeyd edilib ki, mərkəzlər ümumilikdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə tabedir və iş prinsipləri komitə tərəfindən tənzimlənir.
Aygün Mirakif