Moskva vilayətində məktəbə bıçaqla hücum edən şəxs bir şagirdi öldürüb, bir mühafizəçini isə yaralayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.
Qeyd olunur ki, faktla bağlı cinayət işi açılıb.
İlkin məlumatlara görə, məktəbli əvvəlcə mühafizəçini bıçaqlayıb, sonra gözyaşardıcı qazdan istifadə edib, ardınca isə on yaşlı dördüncü sinif şagirdini bıçaqlayaraq öldürüb.
Hadisəni törədən şəxsin köynəyində "Heç kimin həyatı önəmli deyil" yazısı olub. Məlumata görə, zorakılıq və terrorizmi təbliğ edən radikal təşkilat bu ad altında fəaliyyət göstərir.
Daha sonra hücumu törədən şagirdin arxa planda ölən məktəbli ilə birlikdə çəkilmiş şəkili dərc edilib.


Moskva vilayətinin "Qorki-2" qəsəbəsində məktəbə edilən hücum nəticəsində bir şagird ölüb, azı iki nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, orta məktəbin şagirdi bu gün dərsə bıçaqla gəlib.
İlkin araşdırmalar zamanı bəlli olub ki, o, mühafizəçini və bir neçə uşağı yaralayıb.
Hadisə yerində təcili yardım xidmətləri işləyir. Hazırda şagirdlər binadan təxliyə edilirlər.
Məlumata görə, məktəbdə insident törədən şəxs ən azı bir şagirdi girov götürüb. "SHOT"un məlumatına görə, o özünü və həmin şagirdi sinif otaqlarından birinə kilidləyib. Onun üzərində bıçaqla yanaşı, gözyaşardıcı qaz balonunun da olduğu bildirilir.
Əməliyyat zamanı təhlükəsizlik qüvvələri məktəbdə qanlı insident törədəni saxlayıblar.