"İlk dəfədir ki, doğma Vətənimizdə, ana yurdumuzda qələbəni qeyd edirik".
Bu sözləri Baku TV-yə müsahibəsində Xocavənd sakini Nəzakət Gülməmmədova söyləyib.
O, illərlə həsrətində olduqları torpaqlarda Zəfər Gününü qeyd etdiyi üçün böyük sevinc hissi keçirdiyini bildirib.
"Çox çətin günlər yaşadıq. Elə bilirəm yuxudayam. Çox sevinirəm ki, yenidən öz torpaqlarımızdayam", ‒ deyə N.Gülməmmədova əlavə edib.
Daha ətraflı videomaterialda: