Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Yevlax Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin və Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən Yevlax rayonunun meşə ərazisində birgə reyd keçirilib.
Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, reyd zamanı Cırdaxan meşəbəyliyinin 6 saylı dolayında 13 ədəd yabanı halda bitən çətənə kolu aşkar olunub və yandırılaraq məhv edilib.
ETSN-nin tabeliyində olan bütün ərazilərdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində narkotik xassəli bitkilərin qanunsuz əkildiyi və yabanı halda bitdiyi yerlərin müəyyən edilməsi istiqamətində mütəmadi reydlər keçirilir.
A.M.