Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
:1200.jpg)
Yol-nəqliyyat hadisəsi ən çox hansı hallarda baş verir? - AÇIQLAMA + VİDEO
2023-cü ilin doqquz ayı ərzində ölkə ərazisində 1204 yol-nəqliyyat hadisəsi baş verib ki, bu da 2022-ci ilə nisbətdə 4,4 faiz çoxdur. Qəzalarının artmasının əsas səbəblərindən biri də sürücülərin qaydaları kobud şəkildə pozmalarıdır.
Belə qayda pozuntularından biri də paytaxtın Həsən bəy Zərdabi və Əsəd Əhmədov küçələrinin kəsişməsində qeydə alınıb.
Bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.
Sözügedən kadrlardan görünür ki, sürücü yol nişanının tələbinə məhəl qoymayaraq digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradır. Bəzi vətəndaşlar sürücülərin bu cür qayda pozuntularına yol verməsinə səbəb kimi ərazilərdə müşahidə kameralarının işləməməsini göstərirlər.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi (BŞDYP) İdarəsindən bildirilib ki, qeyd olunan ərazidə müşahidə kamerası mövcuddur və işlək vəziyyətdədir:
“Bəzi sürücülər ən sağ zolaqdan sola manevr edirlər ki, bu da qayda pozuntusudur. Bundan əlavə, bu cür sürücülər yollarda sıxlığın yaranmasına səbəb olurlar, eləcə də qəza şəraiti yaradırlar. Həmin qayda pozan sürücülər aşkarlandıqları zaman qanunamüvafiq tədbirlər həyata keçirilir”.
Qeyd edək ki, yol nişan tələblərini pozan sürücüləri 40 manat cərimə gözləyir.
Ətraflı Baku TV-nin süjetində:

"Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ)" teqi üzrə xəbərlər
- İdarəetmədən çıxan "AzSamand" qəzaya səbəb oldu: Xəsarət alan var
- Heydər Əliyev prospektində baş verən avtoqəzada xəsarət alanların SON DURUMU AÇIQLANDI
- Narkotikin təsiri altında olan sürücü motosikletlə avtoxuliqanlıq etdi - ANBAAN VİDEO
- Bakıda narkotik vasitənin təsiri altında motosiklet idarə edən sürücü həbs olundu
- Bakıda dönmə əməliyyatı edən avtomobillər toqquşub - XƏSARƏT ALAN VAR