Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Zaqatalada məktəb PROBLEMİ: Şagirdlərin qarşısına İLANLAR ÇIXIR
Zaqatalanın Kəpənəkçi kənd orta məktəbi yararsız vəziyyətdədir.
Oxu.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, ötən əsrin 60-cı illərində 8 illik məktəb kimi istifadəyə verilən binanın təmirə ehtiyacı var.
Məktəbdə şagirdlər sınıq pəncərələri olan siniflərdə dərs keçirlər. Burada döşəmə, tavan və qapı-pəncərələr yararsız haldadır.
1 000 nəfərdən çox əhalisi olan kənd məktəbində 170 şagird təhsil alır və 30-a yaxın müəllim çalışır.
Məsələ ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki, Kəpənəkçi kənd tam orta məktəbinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə aidiyyəti üzrə müraciət edilib.
Həmçinin, qeyd edilib ki, təhsil müəsisələrinin təmiri və tikintisi növbəlilik əsasında həyata keçirilir.
Ətraflı süjetdə:

"Şəki-Zaqatala Regional Təhsil İdarəsi" teqi üzrə xəbərlər
- "Report" İnformasiya Agentliyi Firidun bəy Köçərli mükafatına layiq görülüb
- Balakən sakini məktəbin şəraitsizliyindən ŞİKAYƏTÇİDİR
- Şəkidə məktəbdə təcrübə zamanı müəllim və şagirdlər XƏSARƏT ALDILAR
- Emin Əmrullayevin əmri QHT sədrinin 20 minlik yalanını üzə çıxardı - Hökm oxundu
- Təhsil İdarəsinə müdir TƏYİNATI