Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə 1 şəhər və 5 rayonda 25 alternativ qeydiyyat mərkəzi yaradılıb.
Oxu.Az xəbər verir ki, bu barədə təhsil idarəsi məlumat yayıb.
Bildirilib ki, özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərə (iş günləri ərzində saat 10:00-dan 17:00-dək) müvafiq mərkəzlərdə yaradılmış işçi qrupları tərəfindən zəruri köməklik göstəriləcək.
Eyni zamanda valideynlər Şəki "ASAN xidmət" və Balakən "ASAN xidmət" mərkəzlərində də ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu qeydiyyatı ilə bağlı fəaliyyət göstərən təhsil xidmətindən yararlana bilərlər.
Qeyd edək ki, mayın 6-dan 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir. Qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.
2026-2027-ci tədris ili üçün birinci sinfə qəbul mayın 6-dan başlayır. Qeydiyyat www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılır.
Şəki-Zaqatala bölgəsində 25 alternativ qeydiyyat mərkəzi yaradılıb. Mərkəzlər iş günləri saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.
Bəli, Şəki və Balakən "ASAN xidmət" mərkəzlərində də birinci sinfə qəbul qeydiyyatı ilə bağlı xidmət göstərilir.
Qeydiyyat www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır