Suraxanı rayonu Zığ şosesində avtomobil yollarının işıqlandırılması ilə bağlı problem öz həllini tapmır. Məsələ dəfələrlə gündəmə gətirilsə də, aidiyyəti qurumlar heç bir köklü çıxış yolu tapa bilmirlər. Ərazidə avtomobil yollarının işıqlandırılması üçün ya gərək ölümlə nəticələnən qəza olsun, ya da qurumlar insafa gəlsinlər.
Vətəndaşların Oxu.Az-a ünvanladıqları şikayətdə qeyd edilir ki, yolboyu düzülən işıq dirəklərinin birində, üçündə, beşində problem olsa, adam hesab edər ki, texniki nasazlıqdır:
“Bu qədər işıq dirəyini yol qırağına niyə düzüblər? Novruz bayramında rəngləyib, Yeni ildə zər bağlamağa? İşıq dirəyini təyinatı üzrə işlədin, camaat getdiyi yolu görsün də. Ərazidə nə qədər yol-nəqliyyat hadisəsi olmalıdır, nə qədər insan həyatını itirməlidir ki, ciddi bir tədbir görülsün?!
Bu məsələdə qurumlar arasında nə üçün birgə əməkdaşlıq görmürük? Niyə onlardan da bir təklif yoxdur? Biz şikayət edirik, baxan yoxdur, jurnalistlər yazırlar, nəzərə alan yoxdur. Problemi başqa hansı formada aidiyyəti üzrə çatdıraq ki, avtomobil yollarının işıqlandırılması məsələsinə köklü bir çıxış yolu tapılsın?”
Bu gönderiyi Instagram'da gör
"Yeni il bayramı" teqi üzrə xəbərlər
- Niderlandda Yeni il gecəsi atəşfəşanlıq qadağan edildi
- "Lladró" 2026-cı il Çin Yeni ili ərəfəsində "At" obrazına həsr olunmuş yeni çini seriyasını təqdim edir
- Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın birbanklı mənzil qazanmaq şansına sahibdir
- "Silk Way West" MMC və Azərbaycan Qızıl Aypara Cəmiyyəti "Qış Möcüzəsi" adlı layihə həyata keçirib
- Bayram günlərində neçə nəfər pirotexniki vasitələrin partlayışı zamanı xəsarət alıb?
Digər xəbərlər