27 
Fev
2023
20:48
79
19
3743
Virtual karabakh

“CinemaPlus”da “Qız Qalası” filminin premyerası keçirildi - FOTO/VİDEO

27 Fev, 2023
20:48
3743

“CinemaPlus”da “Qız Qalası” filminin premyerası keçirildi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“CinemaPlus”da “Qız Qalası” filminin premyerası keçirilib.

Oxu.Az xəbər verir ki, müstəqil “Qız Qalası” filmi İtaliya, Türkiyə, ABŞ, Sinqapur, Rumıniya, Litva, Norveç, Slovakiya kimi ölkələrin müxtəlif festivallarında qalib olub.

Film bir neçə nüfuzlu beynəlxalq festivallarda ölkəmizi təmsil edərək kino sənayesinin inkişafına öz töhfəsini verib.

“Qız Qalası” filminin süjeti ayrı şəxsi münasibətləri olan iki fərqli insanın təsadüfən tanış olmasından bəhs edir. Tanışlıq əsnasında hər biri anlayır ki, həmin o “öz adamı”na rast gəlib.

Film boyunca qəhrəmanlar seçim etməlidirlər: Ya hər şeyi olduğu kimi saxlayıb geri dönmək, ya da “öz adamı” ilə hər birinin daxildə arzusunda olduğu yeni münasibətlərə başlamaq.

Qeyd edək ki, film tam olaraq geniş auditoriyaya, televiziya və onlayn platformalarda yaxın günlərdə təqdim olunacaq.

Daha çox şəkil burada: PhotoStock.az

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri