26 
İyl
2020
13:46
521
92
28335
Virtual karabakh

Azərbaycanda icra başçısının qardaşı oğlu bıçaqlandı - FOTO

26 İyl, 2020
13:46
28335

Azərbaycanda icra başçısının qardaşı oğlu bıçaqlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, rayon sakini, əvvəllər məhkum olunmuş Cəbrayılov Səməd Surxay oğlu yaşadığı evin qarşısında naməlum şəxslər tərəfindən bıçaqlanıb.

S.Cəbrayılov yaxınlarının köməkliyilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı dərhal əməliyyat olunub. Hazırda vəziyyəti orta-ağırdır.

Qeyd edək ki, S.Cəbrayılov Göyçay Rayon İcra Hakimiyyəti başçısı Mehdi Səlimzadənin qardaşı oğludur. O, bir müddət əvvəl Göyçay Rayon Gənclər Mərkəzinin rəhbəri və İcra Hakimiyyətində şöbə müdiri vəzifələrində çalışıb.

Faktla bağlı araşdırma aparılır.

Dursun Tağıyeva

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri