Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
DİN koronavirusdan ölən şəxsin dişlərinin oğurlanması məsələsini nəzarətə götürdü - YENİLƏNİB
Gəncədə ölmüş şəxsin dişlərinin aparılması ilə bağlı araşdırma aparılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, vətəndaş Ramin Kərimov Gəncə Şəhər Baş Polis İdarəsinə müraciət edərək koronavirusdan vəfat edən atasının protez dişlərinin naməlum şəraitdə oğurlanmasını bildirib:
“Müraciət ilə əlaqədar Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır, tezliklə nəticəsi barədə əlavə məlumat veriləcək”.
İlhamə Əbülfət
09:37
Gəncədə ölmüş şəxsin dişləri oğurlanıb.
Oxu.Az-ın məlumatına görə, COVID-19 xəstəliyindən vəfat edən Təhməz Kərimovun ağzındakı 500 manatlıq qızıl protez dişləri yoxa çıxıb.
Hadisədən sonra T.Kərimovun oğlu Ramin Kərimov hüquq-mühafizə orqanlarına şikayət edib.
Hazırda faktla bağlı araşdırma aparılır.
"COVID-19" teqi üzrə xəbərlər
- Paşinyan Rusiyaya getmir - bəhanəsi var
- Zəiflik, əzələ və baş ağrıları: "Yüngül COVID"i soyuqdəymədən ayırmağın yolları açıqlandı
- Feminist "Yuva" maliyyə sxemlərinin qovşağı olub: 700 minlik oyun
- ÜST Konqoda sirli xəstəliyi araşdırır: 400-dən çox yoluxma, onlarla ölüm
- COVID-19-a qarşı daha bir vaksin hazırlanıb
Rəylər