15 
Avq
2017
15:00
70
42
2776
Virtual karabakh

“Park Cinema”da Azərbaycan filmləri həftəsi keçiriləcək – FOTO

Kinosevərlərin istəyini nəzərə alaraq, 17-23 avqust tarixlərində “Park Cinema” kinoteatrlar şəbəkəsi Azərbaycan filmlərini yenidən böyük ekranda nümayiş etdirəcək. İzləyicilər “Metro Park” ticarət mərkəzində yerləşən kinoteatrda bir həftə ərzində “Oğlan evi 2”, “Naxox”, “Gecə qonağı”, “Niyə?”, “Pərdə” filmlərini izləmək imkanı qazanacaq.

Bu barədə Oxu.Az-a “Park Cinema”nın marketinq üzrə direktoru Musa Axundov bildirib.

Onun sözlərinə görə, bu haqda dəfələrlə izləyicilər tərəfindən kinoteatra müraciət olunub.

“Biz müştərilərimizin istəyini daim nəzərə almağa çalışırıq. Onlar mütəmadi olaraq bizə müraciət edirdilər ki, Azərbaycan filmlərini yenidən kinoteatrda təqdim edək. Biz də bunları nəzər alaraq, 17-23 avqust tarixləri arasında “Metro Park” ticarət mərkəzində yerləşən kinoteatrımızda yerli filmləri nümayiş etdirəcəyik. Öz dilimizdə film seyr etmək və milli kinomuza dəstək olmaq istəyənləri “Park Cinema”da görməyə şad olarıq”, - deyə Musa Axundov söyləyib.

Qeyd edək ki, ilin ilk 8 ayının nəticələrinə görə isə, yerli istehsal olan “Naxox” filmi “Park Cinema”da ən çox izlənilən film olaraq liderliyini qoruyur. “Oğlan evi 2”, “Niyə?”, “Pərdə” və “Gecə qonağı” filmləri də, həmçinin, izləyici rəğbəti qazanıb və tamaşaçıların sevimlisinə çevrilib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri