Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Beyonse ərinin 13 yaşlı qızı zorlama ittihamına laqeyd qala bilmədi: Ailədə böhran barədə ilk siqnal
Dünyaca məşhur müğənni Beyonse əri Jay Z-nin (əsl adı Şon Kori Karter) soyadından imtina edib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Daily Mail" xəbər yayıb.
Nəşrin məlumatına görə, bu qərar cütlüyün arasında baş verən qalmaqaldan sonra qəbul edilib.
Bildirilib ki, bu yaxınlarda "Forbes" jurnalı Beyonseni ilin ən nüfuzlu qadınları siyahısına daxil edib. Maraqlısı budur ki, jurnalda müğənninin adı Beyonse Noulz kimi qeyd olunub, halbuki əvvəllər o, həmişə Beyonse Noulz-Karter kimi tanınırdı. Bu fakt pərəstişkarlar arasında müğənninin adını dəyişdirməsi barədə söz-söhbətlərə səbəb olub.
O da vurğulanıb ki, Beyonse son 10 il ərzində həmişə ərinin soyadı ilə çıxış edib və özünü "Missis Karter" adlandırırdı. Hətta onun son albomunun adı - "Kovboy Karter" də Jay Z-nin soyadına istinad edir.
Xatırladaq ki, dekabrın 9-da Karter və Şon Kombs (Diddi ləqəbi ilə tanınır) 2000-ci ildə 13 yaşlı qızı zorlamada ittiham ediliblər. Reper bütün ittihamları rədd edir.
"Beyonse" teqi üzrə xəbərlər
- Reper Diddinin dostları yanğınlardan zərər çəkməyiblər: Təsadüf, yoxsa dəlil?
- Beyonsedən əri Jay-Z-nin 13 yaşlı qızı zorlama ittihamına reaksiya
- Şou-biznes aləmində qalmaqal: Jay-Z 13 yaşlı qızı zorlamaqda ittiham olunur - TƏFƏRRÜAT
- Beyonse və Rihannanın prodüseri təcavüzdə ittiham olunur
- Beyonsenin anası qızı barədə: "Onu həmişə ələ salırdılar"
Rəylər