Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakıya narkotik satmağa gəlirdi, rayonda tutuldu
Lerikdə saxlanılan narkokuryerdən külli miqdarda narkotik vasitə aşkarlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitələrin paytaxt ərazisinə çatdırılaraq burada satışını təşkil edən Məhəmməd Məmmədov saxlanılıb.
Ondan şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi 8 kiloqram marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə M.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- Lerikdə saxlanılan narkokuryerdən 10 kiloqram marixuana aşkarlandı
- Keçmiş məhkum yenə narkotikə görə HƏBS EDİLDİ
- Nəsimi rayonunda polis əməliyyatları: 20 kq narkotik dövriyyədən çıxarılıb
- Sürücülük hüququ olmadan taksi fəaliyyəti ilə məşğul olan şəxsin narkotik aludəçisi olduğu üzə çıxıb
- Tovuzda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü SAXLANILDI