Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
![13 yaşlı qıza təcavüzdə ittiham olunan reperlər Jay-Z və Diddinin işində gözlənilməz dönüş](https://images.oxu.az/2025/02/15/l9zvn8EoU5z4TrkNZWbh6mz0IzimDJAXg6keudlY:1200.jpg)
13 yaşlı qıza təcavüzdə ittiham olunan reperlər Jay-Z və Diddinin işində gözlənilməz dönüş
Məşhur rep ifaçıları Diddi (əsl adı - Şon Kombs) və Jay-Z-nin (əsl adı - Şon Kori Karter) adları keçən səs-küylü cinsi zorakılıq işi gözlənilməz yön alıb. Belə ki, 13 yaşında olanda hip-hop ulduzları tərəfindən təcavüzə məruz qaldığını iddia edən qadın öz iddiasını könüllü olaraq geri götürüb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Rolling Stone" Şon Kombsun vəkillərinə istinadla xəbər yayıb.
Bildirilir ki, tərəflər arasında heç bir razılaşma əldə edilməyib, bu da ittihamların əsassız olduğunu göstərir.
Xatırladaq ki, qadın 13 yaşında olanda (2000-ci ildə) "MTV Video Music Awards" mükafatlandırma mərasimindən sonra keçirilən tədbirdə özünü pis hiss etdiyini və dincəlmək üçün yataq otağına getdiyini, ancaq orada Diddi və Jay-Z tərəfindən cinsi xarakterli zorakı hərəkətlərə məruz qaldığını iddia etmişdi. O, Kombsa müqavimət göstərə bildiyini və evdən qaçdığını, bundan sonra atasının onu götürüb evə apardığını bildirirdi. Lakin qadının atası həmin gün qızını götürdüyünü xatırlamadığını dedikdən sonra iddia ilə bağlı şübhələr yaranıb. Qadın məşhur reperlərə qarşı şikayətini geri götürməyə qərar verib.
Jay-Z vəziyyətə münasibət bildirərək qeyd edib ki, iddia əvvəldən əsassız olub və nəticədə heç nəyə gətirib çıxarmayıb.
"Jay-Z (Şon Karter)" teqi üzrə xəbərlər
- Jay-Z öz günahsızlığına əmindir: Zorlama ilə bağlı qalmaqallı işin yeni təfərrüatı
- Beyonse ərinin 13 yaşlı qızı zorlama ittihamına laqeyd qala bilmədi: Ailədə böhran barədə ilk siqnal
- Diddinin içkilərinə narkotik qatdıqları qurbanlarının vəkili: "Yüzlərlə iddia qaldırıla bilər"
- Beyonsedən əri Jay-Z-nin 13 yaşlı qızı zorlama ittihamına reaksiya
- Şou-biznes aləmində qalmaqal: Jay-Z 13 yaşlı qızı zorlamaqda ittiham olunur - TƏFƏRRÜAT