Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Xalq artisti Ofeliya Sənaninin son vəziyyəti açıqlanıb
"Xalq artisti Ofeliya Sənani ağciyər ödəmi diaqnozu ilə Xətai Tibb Mərkəzinə təxliyə edilib".
Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd olunub ki, 83 yaşlı Xalq artisti 16 dekabr 2024-cü il tarixində, gecə saat 01:30-da, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Nəsimi rayonu ərazisindən daxil olan çağırış əsasında ağciyər ödəmi diaqnozu ilə Xətai Tibb Mərkəzinə təxliyə edilib.
"Xəstə kəskin ürək çatışmazlığı, aritmiya və yüksək qan təzyiqi diaqnozları ilə Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müvafiq müalicələr nəticəsində Ofeliya Sənaninin vəziyyəti stabildir.
Xəstənin bir neçə gün reanimasiyada saxlanılması və sonradan palataya köçürülməsi planlaşdırılır", -deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)" teqi üzrə xəbərlər
- Təmirə bağlanmış xəstəxanalar nə vaxt fəaliyyətə başlayacaq?
- Sabunçu Tibb Mərkəzində uzun növbələr yaşanır - ŞİKAYƏT
- Teymur Mirzəbəyli: "Azərbaycanda hər il 30-dək körpə kistoz fibroz xəstəliyi ilə doğulur"
- Əməliyyatdan sonra iflic olan aktyorun son durumu AÇIQLANDI: "İrəliləyişə ümid yoxdur"
- Göygöldə sürücü idarəetməni itirdi, avtomobil aşdı: Xəsarət ALANLAR VAR