Azərbaycanın televiziya kanallarının xəbər-informasiya proqramlarında aparıcıların dilində qeydə alınmış ədəbi dilin fonetik normasının pozulması faktları, tələffüz zamanı etdikləri səhvlər açıqlanıb.
Oxu.Az-ın Report-a istinadən məlumatına görə, teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində 2018-ci ilin avqust-sentyabr aylarında Milli Televiziya və Radio Şurasının apardığı monitorinqlərin nəticələri haqqında hesabatda bildirilib ki, “Space” televiziya kanalında yayımlanan “Hər gün” verilişinin aparıcısı Fərqanə Səfər sözlərin tələffüzü zamanı “Hər vaxtınız xeyirli [xeyirri] olsun dəyərli [dəyərri] izləyicilər [izdəyicilər]”, “Tənzimlənməsi” - [Tənzimləmməsi], “Məksədilə”- [Məksədiynən], “İşləri ilə”- [İşləriynən], “Qanlı”- [Qannı], “Abonentlərə”- [Abonentdərə], “Məhdudiyyətlər”- [Məhdudiyyətdər], “Dünyə “[dünya], “Xəbərləri ilə” [xəbərrəriynən] və s. kimi səhvlər edir.
“Hava” xəbərlərinin aparıcısı Aytən Süleymansoy tələffüzü zamanı “Temperatur”- [timperatur], “Təşkil edəcəy”- [təşgil edəcəxʹ], “Sponsorluğiylə”- [Sporsorruğuynan], “İzliyirsiniz”-[izdiyirsiz] və s. kimi səhvlər edir.
“Hər gün” verilişinin digər aparıcısı Könül Quliyeva tələffüzü zamanı “axşam saatlarında” - [sa:tdarında], “ölümlə” - [ölümnən], “təfərrüatları” - [təfərrüatdarı], “faktla” - [faktnan], “silahlarla” - [silahlarnan], “yaşlı”- [yaşdı], “sonra”-[so:ra], “oyuncağ”-[oyuncax], “Dövlət” [dö:lət], “Yaranmasının” [yarammasının], “Fərqləndiklərinə” [fərkləndixʹlərinə], “bəha:nə imiş” [bəha:nəymiş], “şiddətli” [şiddətdi] və s. kimi səhvlər edir.
“Hər gün” verilişinin digər aparıcısı Elvin Basqallı tələffüzü zamanı “Logistika”-[lagistika], “Sakinləri”-[sakinnəri], “Valideynlər”-[valideynnər], “Birləşmiş Ştatların”-[ştatdarın], “CNN-Sineen” –[SieNeN], “İş adamları üçün” - [adamlarıyçün], “Pasportlarda”-[pasportdarda], “Qanla”-[qannan], “Bıçağlıyaraq” - [bıçaxlıyarax], “Yatağxanada”-[yataxxanada], “Yanığ”-[yanıx], “Yaşayan”-[yaşıyan], “Təfərrüatları”-[təfərrüatdarı], “Küçəyə”-[küçiyə], “lənkəranlı” [lənkərannı], “mal-qaraya” [mal-qarıya] və s. kimi səhvlər edir.
“Lider” televiziya kanalında yayımlanan “Səda” verilişinin aparıcısı Aynurə Vəliqızı tələffüzü zamanı “Cəbhə boyu” [Cəbhəboyu], “Xa:ci” [xarici], “Mövlüd” [mövlud], “Gündəlikdə” [Gündəlixʹdə], “Ame:ka” [Amerika], “Qa:dının” [qadının], “Atəşkəş” [atəşkəs], “Ya:rış” [yarış] və s. kimi səhvlər edir.
“Səda” verilişinin digər aparıcısı Sevinc Süleymanova tələffüzü zamanı “Yeddi” [yetdi], “Anjeʹy Kapişek” [Aʹnjey Kapişek ] və s. kimi səhvlər edir.
“Səda” verilişinin digər aparıcısı Günel Ramazanlı tələffüzü zamanı “Gərək” [gərəxʹ], “Keşik” [keşixʹ], “Karakısda” [karakasda] və s. kimi səhvlər edir.
“Səda” verilişinin digər aparıcısı Leyla Mehdiqızı tələffüzü zamanı “gərginlik” [gərginlixʹ], “metıdını” [metodunu], “sinoptikləʹr” [sinopʹtiklər], “tufanın” [tu:fanın ] və s. kimi səhvlər edir.
“ATV” televiziya kanalında yayımlanan “ATV xəbər” verilişinin aparıcısı Lalə Azərtaş tələffüzü zamanı “Dövlət” [dö:lət], “Sərəncamıyla” [sərəncamıynan], “Aşəğ” [aşıx], “Şöhrət ordeni ilə” [ordeniynən], “Ümumiyyətlə” [ümumiyyətnən], “İlham Əliyevlə” [Əliyevnən], “Onlardan” [onnardan], “Gücləndirilmiş” [güjdəndirilmiş],“Dövlət Agentliyinə” [Agentdiyinə], “Nazirliyinə” [nazirriyinə], “Xəsənovanın” [Həsənovanın ], “İlliy” [illixʹ], “Həsr olunmuş” [olummuş], “Tədbirlər” [tədbirrər], “Hazırlayıb” [hazırrıyıp], “Sonra” [sora], “Bizimlə” [bizimnən], “İzliyə” [izdiyə], “İkigünlük” [ikigünnüxʹ] və s. kimi səhvlər edir.
“ATV xəbər” verilişinin digər aparıcısı Pərvin Əsgərli tələffüzü zamanı “Dəstək” [dəstəxʹ], “əməkdaşları” [əməxʹdaşdarı], “qoşunların” [qoşunnarın], “gözlənilir” [gözdənilir], “mərkəzlərin” [mərkəzdərin], “çətinliklər” [çətinnixʹlər], “fatoqraflar” [fotoqraflar] və s. kimi səhvlər edir.
“ATV xəbər” verilişinin digər aparıcısı Ceyhun Səfər tələffüzü zamanı “Xeyirli” [xeyirri], “Yerli” [yerri], “Onlarla” [onnarnan], “Buynuzlu” [buynuzdu], “Kəsməy” [kəsmək], “Gömrük” [Gömrüxʹ], “Güjlü” [güjdü], “Çənəyə” [çəniyə], “Ama” [amma], “Sonra” [so:ra] və s. kimi səhvlər edir.
“İdman” verilişinin digər aparıcısı İlkin Fikrətoğlu tələffüzü zamanı “Oyunlara” [oyunnara], “Kənarlaşdıran” [kənarraşdıran], “Hesabıyla” [hesabıynan], “Bəra:bərliylə” [bəra:bərrixʹnən], “Fənərbaxça” [Fənərbağça], “Azarkeşlərini” [azarkeşdərini] və s. kimi səhvlər edir.
“İTV” televiziya kanalında yayımlanan “Carçı” verilişinin aparıcısı Könül Məmmədova tələffüzü zamanı “Qəzaya” [qəzıya], “Uğrayan” [uğruyan], Tovuz, “Tavuz” [To:uz], “adlarla” [addarnan], “Bu dəyqələrdə” [dəqiqələrdə], “vertual” [virtual] və s. kimi səhvlər edir.
“Carçı” verilişinin aparıcısı Alidə Mustafayeva tələffüzü zamanı “hörmətli” [hörmətdi], “Azərbaycanla” [Azərbaycannan], “əməliyyatlar” [əməliyatdar] və s. kimi səhvlər edir.
“Carçı” verilişinin aparıcısı Röya Bənənyarlı tələffüzü zamanı “yüzlərlə” [yüzdərnən], “yerli” [yerri], “hazırlandığını” [hazırrandığını], “Tehranla” [Tehrannan] və s. kimi səhvlər edir.
“Carçı” verilişinin aparıcısı Nigar Sabirqızı tələffüzü zamanı “etməklə” [etməxʹnən], “Xameneynin“ [Xamneyinin], “mümkünlüyünü” [mümkünnüyünü], “günlər” [günnən], “xəstəxanalara” [xəsdəxanalara], “ölümlə” [ölümnən], “çempionlar” [çempiyonnar], “olacaq” [olacax], “ünvanlı” [ünvannı] və s. kimi səhvlər edir.
“Carçı” verilişinin aparıcısı Ramiz İdrisoğlu tələffüzü zamanı “ştatlarına” [ştatdarına], “gərginləşən” [gərginnəşən], “rəhbərliyi” [rəhbərriyi], “növbəti” [nö:bəti] və s. kimi səhvlər edir.
“Carçı” verilişinin aparıcısı Zümrüd Şahova tələffüzü zamanı “Ramiz Əliv” [Əliyev], “görənləri” [görənnəri], “məktəbə” [məxʹtəbə], “müraciət etməklə” [etməxʹnən], “dərslikləri” [dərsdixʹləri], “həyətya:nı” [həyətyanı] və s. kimi səhvlər edir.
“İdman” verilişinin aparıcısı Sevinc Eminzadə tələffüzü zamanı “sonra” [so:ra], “sloqanda” [sloqanda. ], “bağışlamayıblar” [bağışdamıyıplar], “qadınlardan” [qadınnardan], “Bolqarıstanın” [Balqarıstanın] və s. kimi səhvlər edir.
“Xəzər” televiziya kanalında yayımlanan “Xəzər Xəbər” verilişinin aparıcısı Azər Teymurlu tələffüzü zamanı “a:çıx” [açıx], “piyada” [piya:da], “Zaqulğba” [Zuğulba], “Ve:lən” [verilən] və s. kimi səhvlər edir.
“Xəzər Xəbər” verilişinin aparıcısı Günel Qədimova tələffüzü zamanı “Bəsər” Əsəd [Bəşər], “zolaqına” [zolağına], “davasına” [da:vasına] və s. kimi səhvlər edir.
“ARB” televiziya kanalında yayımlanan “ARB Xəbər” verilişinin aparıcısı Vüsalə Camal tələffüzü zamanı “ordğen” [orden], “böyük Ağa” [Böyükağa], “odur ki” [odu], “dəyirli” [dəyərli], “sujetimizdə” [süjetimizdə], “ekalagiya” [ekologiya], “tədbirrar” [tədbirrər] və s. kimi səhvlər edir.
“Ölkə xəbər” verilişinin aparıcısı Zülfiyyə Telmanqızı tələffüzü zamanı “xəbərlərin” [xəbərrərin], “sujeti” [süjeti], “müvaffik” [müva:fik], “edır” [edir], “ıstıqamətdərə” [istiqamətdərə], “sərnışın” [sərnişin], “bə:s” [bəs], “mühütü” [mühiti] və s. kimi səhvlər edir.
Oxu.Az yeniləndi!
Rəylər