Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İki rus ekran işi “Oskar”a namizəd oldu - FOTO
Gələn ilin fevral ayının doqquzunda keçiriləcək dünyanın ən nüfuzlu film mükafatı “Oskar”a namizədlər arasında Rusiyanın iki ekran işi də daxil edilib.
Oxu.Az xəbər verir ki, rejissor Kantemir Balaqovun “Dılda” filmi “Oskar”a iddialıdır.
Bu barədə Amerika Film Akademiyasının saytında bildirib.
Bundan əlavə, iki dəfə işinə görə bu mükafata namizəd olub, lakin qalib gəlməyən əfsanəvi rus rejissoru Konstantin Bronzitin “O, kosmos olmadan yaşaya bilməz” cizgi filmi də “Cizgi filmlər” nominasiyasındadır.
Xatırladaq ki, Los-Ancelesdə “Dolby Theater”də keçirilməsi planlaşdırılan sayca 92-ci mötəbər gecə 225 ölkədə birbaşa yayımlanacaq.
Qeyd edək ki, nominasiyalar arasında verilən “Əcnəbi dildə ən yaxşı film” dəyişdirilərək “Beynəlxalq sənədli film” adlandırılıb.
Rəşad Əliyev
Rəylər