15 
Yan
2020
16:30
82
22
2426
Virtual karabakh

Şəki Dövlət Dram Teatrı 2020-ci ilin repertuar planını təsdiq etdi

15 Yan, 2020
16:30
2426

Şəki Dövlət Dram Teatrı 2020-ci ilin repertuar planını təsdiq etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəki Dövlət Dram Teatrı 2020-ci ilin repertuar planını təsdiq edib.  

Oxu.Az xəbər verir ki, teatrın səhnəsində cari ildə Xaqani Əliyevin “Çələbi xana Qızılqaya xəyanəti”, Sabit Rəhmanın “Yalan” komediyası, Əbdürrəhim bəy Haqverdiyevin “Ağaməhəmməd şah Qacar” əsəri və uşaqlar üçün Nazim Hikmətin “Kor padşah” nağılı tamaşaya qoyulacaq. 

Əməkdar incəsənət xadimi Sabit Rəhmanın “Yalan”, görkəmli dramaturq Əbdürrəhim bəy Haqverdiyevin isə “Ağaməhəmməd şah Qacar” əsərlərinin seçilməsində məqsəd dramaturqların anadan olmasının 110 və 150 illik yubileylərinin bu ilə təsadüf etməsi ilə əlaqədardır. 

Hazırda teatrda Xaqani Əliyevin “Çələbi xana Qızılqaya xəyanəti” əsərinin məşqləri gedir. Əsər Azərbaycanın xanlıqlar dövrünün tarixinə işıq salır. Burda həm xanlıqlar arasındakı ədavət, həm Nadir şah hakimiyyəti dövründə yerli əhalinin başına gətirilən oyunlar, həm də Şəki xanı Hacı Çələbinin ailəsində baş verən hadisələrdən söhbət açılır. 

İki hissəli dram Azərbaycan tarixinin bilicisi, Dövlət Mükafatı laureatı, Akademik, Milli Məclisin deputatı Yaqub Mahmudovun 80 illik yubileyinə həsr olunub.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri