11 
May
2020
17:41
31
173
5252
Virtual karabakh

Məşhur komediya ustası vəfat etdi

11 May, 2020
17:41
5252

Məşhur komediya ustası vəfat etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ aktyoru və komediya ustası Cerri Stiller həyatının 93-cü ilində vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə onun oğlu, məşhur aktyor Ben Stiller “Twitter” hesabında yazıb:

“Atam Cerri Stillerin aramızdan getdiyini kədərlə bildirirəm”.

“Mükəmməl ata və baba, 62 ilə yaxın müddətdə Anna üçün ən yaxşı ər. O, çox darıxacaq. Səni sevirəm, ata”, - deyə yazılan qeyddə aktyorun ölüm səbəbi bildirilməyib.

Cerri Stiller 1927-ci ildə Bruklində anadan olub. Ömrünün çox hissəsini həyat yoldaşı Anna Mira ilə komediyalarda birgə rol alıblar. Onun ən məşhur rolu “Seinfeld” serialında Frank Konstantsa olub. Övladları Ben və Emmi Stillerlər də məşhur komediya aktyorlarıdır.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri