22 
Okt
2021
21:58
64
701
12169
Virtual karabakh

Xalq artisti Canəli Əkbərov vəfat edib - VİDEO

22 Okt, 2021
21:58
12169

Xalq artisti Canəli Əkbərov vəfat edib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Canəli Əkbərov bu gün vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

Canəli Əkbərov 1940-cı ildə Lənkəran rayonunun Tükəvilə kəndində anadan olub.

Xatırladaq ki, C.Əkbərov musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində alıb. Müəllimləri Seyid Şuşinski və Xan Şuşinskidən muğam ifaçılığının qayda-qanunlarını mənimsəyir və öz ifaçılıq qabiliyyətini təkmilləşdirir. 1965 ci ildən Canəli Əkbərov Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1976-cı ildən bu günə kimi Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.

1989-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti 1992-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 2002-ci ildə Şöhrət ordeni ilə təltif edilib.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri