28 
Yan
2022
16:08
30
93
4467
Virtual karabakh

“CinemaPlus”da Selin Diona həsr olunmuş “Sevgi səsi” filminin nümayişi ilə bağlı tədbir keçirilib - FOTO/VİDEO

28 Yan, 2022
16:08
4467

“CinemaPlus”da Selin Diona həsr olunmuş “Sevgi səsi” filminin nümayişi ilə bağlı tədbir keçirilib - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dəniz Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında məşhur kanadalı müğənni Selin Dionun həyat hekayəsindən bəhs edən “Sevgi səsi” filminin nümayişi ilə bağlı tədbir keçirilib.

Tədbirdə gənc istedadlı ifaçılar Vlada Axundova və Elvin Novruzov (L'veen) Selin Dionun məşhur mahnılarını canlı ifa ediblər.

Şou-biznes ulduzları, jurnalistlər, bloqerlər və iri qurumların rəhbərləri tədbirdə kinoteatrın qonaqları olublar.  

“Beverly Hills” restoranı, “Light in Black” kreativ şirkəti, “Savalan Winery”şirkəti, Red Bull və Sheh su tədbirin təşkilində dəstək göstəriblər.

Filmin yaradıcısı, rejissoru, ssenaristi və baş rolun ifaçısı Valeri Lemersye müğənninin çoxdankı pərəstişkarıdır. Lemersye üçün, onun qəhrəmanının hekayəsi, Dionun özü kimidir. Selin bir çox maneələrə baxmayaraq, pəncərə qırağında ağlamır, hər zaman özü olaraq qalan, güclü və istedadlı qadındır. Sevməyi və sevilməyi bilən böyük bir Kvebek ailəsindən olan sadə bir qız.

Baş rollarda: Valeri Lemersye, Kerol Ueyers və Silven Marsel.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır!

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri